RU

Narışkin: Rusiya Xarici Kəşfiyyat Xidməti İranlı bağlı CIA ilə təmasdadır

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) İranla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə təmasdadır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

O, Rusiyanın Yaxın Şərqdəki böhranın həlli ilə bağlı müxtəlif ölkələrlə məsləhətləşmələr apardığını söyləyib.

SVR rəhbəri Ukrayna rəhbərliyinin "Pasxa atəşkəsi" təklifinə də münasibət bildirib. O, Ukraynanı etibarını itirdiyini iddia edərək, bütün dünyanın Kiyevin atəşkəs təkliflərinə əməl etməkdə aciz olduğunu söyləyib: "Zelenski tənqidi düşüncəsinin qalıqlarını toplamalı və Rusiyanın ədalətli sülh təkliflərini qəbul etməlidir".

Избранный
16
3
apa.az

4Источники