Qətərin ərazi sularında icarəyə götürülmüş “Aqua 1” yanacaq tankerinə hücum olub.
“Qatar Energy” şirkəti tankerinin bu səhər raket hücumuna məruz qaldığını açıqlayıb.
Bu arada, Küveyt Mülki Aviasiya İdarəsi İran dronlarının Küveyt Beynəlxalq Hava Limanındakı yanacaq çənlərini hədəf aldığını açıqlayıb.
Yanacaq anbarına dron hücumundan sonra yanğın baş verib. Hücumun İran və İranı dəstəkləyən silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirilir.
Tahir TAĞIYEV