RU

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

Prezident İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 31-də və aprelin 1-də Cəlilabad rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Cəlilabad rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Rayon Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 356 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Избранный
3
31
azerbaijan-news.az

10Источники