RU

Peskov: Putin və Paşinyan arasında danışıqlar səhər yeməyi zamanı təkbətək davam etdiriləcək

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan danışıqlarından sonra ünsiyyəti işgüzar səhər yeməyi zamanı təkbətək formatda davam etdirəcəklər.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan Moskvada işgüzar səfərdədir. Səfər çərçivəsində ikitərəfli danışıqlar planlaşdırılıb.

"Bu gün Rusiya-Ermənistan danışıqları aparılacaq. Daha sonra iki lider işgüzar səhər yeməyi zamanı təkbətək formatda ünsiyyəti davam etdirəcəklər", - Peskov qeyd edib.

Избранный
19
2
far.az

3Источники