RU

Israil ordusu "Hizbullah" komandirini öldürüb

Bakı. Trend:

İsrail Dəniz Qüvvələrinin Beyruta endirdiyi zərbə nəticəsindəLivanın cənubunda "Hizbullah" hərəkatının Cənub Cəbhəsininkomandiri – terror qrupunun hərbi fəaliyyətinə cavabdeh olan HacıYusif İsmayıl Həşəm həlak olub.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Həşəm 2024-cü ilin sentyabrında Cənub Cəbhəsinin komandirivəzifəsini Əli Qərakidən təhvil almışdı. Qəraki isə İsrail zərbəsizamanı "Hizbullah" lideri Şeyx Həsən Nəsrullahla birlikdə həlakolmuşdu.

Hərbi mənbələr bildirir ki, Həşəm 40 ildən artıq təcrübəyə malikyüksək rütbəli komandir və terror təşkilatının mərkəzi fiquruolub.

“İllər boyu, xüsusən son dövrlərdə, Həşəm İsrail mülki şəxslərivə IDF əsgərlərinə qarşı minlərlə terror hücum planına rəhbərliketmiş, təşviqat aparmışdı”, - IDF bildirib.

Həmçinin əlavə olunub ki, onun zərərsizləşdirilməsi"Hizbullah"ın İsrail mülki şəxslərinə qarşı terror əməliyyatlarınıhəyata keçirmə qabiliyyətinə və Livanın cənubunda IDF əsgərlərinəqarşı davam edən döyüşləri idarə etməsinə ciddi zərbədir.

Məqalədə:
Избранный
47
2
az.trend.az

3Источники