RU

Mirəli Hüseynov: Aztəminatlı ailələrin sosial müdafiəyə çıxışı gücləndiriləcək

Demokratiyanı Öyrənmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi” layihəsi aztəminatlı ailələrin sosial proqramlar haqqında məlumatlılığını artırmaq və onlara bu proqramlara çıxışı təmin etmək məqsədini daşıyır. Layihə Saatlı, İmişli və Kürdəmir rayonlarında icra olunur və hədəf qrupların bilik və bacarıqlarını artırmaqla rifahın yüksəlməsinə töhfə verməyi planlaşdırır.

Layihə iki əsas komponent üzrə icra olunur. Birinci komponent çərçivəsində hədəf qruplar və icma fəalları üçün təlimlər keçirilir, məlumatlandırıcı bukletlər hazırlanaraq paylanır. Təlimlərdə ünvanlı sosial yardım və özünəməşğulluq proqramlarının əsas məqamları təqdim olunur və iştirakçıların sualları cavablandırılır. İkinci komponent çərçivəsində aztəminatlı ailələrə pulsuz hüquqi yardım xidməti göstərilir və onlara proqramlara müraciət etməkdə dəstək verilir. Layihədən ümumilikdə 220 nəfər faydalanacaq – məlumatlılıq komponentindən 120, hüquqi yardım komponentindən isə 100 nəfər.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov QHT.az-a açıqlamasında bildirib:
“Layihəmiz aztəminatlı ailələrin sosial proqramlar haqqında məlumatlılığını artırmaq və onlara hüquqi dəstək göstərmək məqsədini daşıyır. Təlimlər və bukletlər vasitəsilə iştirakçıların bilik və bacarıqları artırılacaq, hüquqi yardım xidməti isə konkret müraciətlərin icrasına dəstək olacaq. Layihənin nəticələri aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəlməsinə, rifahının yaxşılaşmasına və cəmiyyətdə sosial gərginliyin azalmasına töhfə verəcək. Biz bu layihə ilə iştirakçıların sosial müdafiə imkanlarına çıxışını artırmaq, onları gəlir gətirən fəaliyyətlərə cəlb etmək və yerli imkanları genişləndirməklə gündəlik həyatlarını yaxşılaşdırmağı hədəfləyirik.”

Layihə həmçinin minimum yaşayış standartlarının təmin edilməsi və sosial müdafiə imkanlarının genişləndirilməsi ilə Saatlı, İmişli və Kürdəmir rayonlarındakı ailələrin gündəlik həyatına müsbət təsir göstərməyi planlaşdırır.

Zəhra Ağayeva

Избранный
27
qht.az

1Источники