RU

Masallıda baş verən yanğında baba və nəvə ölüb

Masallı, 1 aprel, AZƏRTAC

Masallıda baş verən yanğında 2 nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində yanğın olub. Yanğın zamanı evdə olan azyaşlı, 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadə və onu xilas etmək istəyən babası, 1967-ci il təvəllüdlü Abdullayev Camaləddin Həsənağa oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Избранный
41
2
azertag.az

10Источники