RU

Masallıda faciə: baba və nəvə yanğında həyatını itirib (FOTO)

Bakı.Trend:

Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğınbaş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuatxidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələriəraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən bir birinə bitişik tikilən fərdiyaşayış evlərində baş vermiş yanğın söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik taxta konstruksiyalardanibarət ümumi sahəsi 50kv.m. olan birmərtəbəli birotaqlı evin vəümumi sahəsi 75kv.m. olan birmərtəbəli ikiotaqlı evin yanarkonstruksiyaları yanıb. Yanğın yerinin müayinəsi zamanı 1967-ci iltəvəllüdlü Abdullayev Cəmallədin Həsənağa oğlunun və 2024-ci iltəvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlunun meyiti aşkaredilib.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizəolunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.

Masallıda
Masallıda
Məqalədə:
Избранный
31
12
az.trend.az

10Источники