RU

“Qalatasaray”ın italyanına “Milan”dan təklif

“Qalatasaray”a məxsus olan və hazırda icarə əsasında “Udineze”nin şərəfini qoruyan Nikolo Zaniolo “Milan”ın transfer hədəfinə çevrilib.

Msport.az xəbər verir ki, “Udineze” mövsümün sonunda futbolçunun transfer hüquqlarına sahib olmağı hədəfləyir.

Bu fonda Milan təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri isə italyalı hücumçunun transferinə xüsusi maraq göstərir və onu komandasında görmək istəyir.

Qeyd edək ki, Nikolo Zaniolo cari mövsüm çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
14
3
msport.az

4Источники