RU

Bakıda bu yollar “tələyə” çevrilib – sürücüləri gözləyən təhlükə - VİDEO

Son günlər Bakıda yağan güclü yağışlardan sonra paytaxtın bir çox küçə və prospektlərində dərin çuxurlar əmələ gəlib. Xüsusilə intensiv hərəkətin olduğu yollarda yaranan bu çuxurlar sürücülər üçün ciddi təhlükəyə çevrilib.

Sürücülər bildirirlər ki, bəzi çuxurlar su ilə dolduğuna görə onları əvvəlcədən görmək mümkün olmur. Nəticədə avtomobillər zərər görür, təkərlər partlayır, asqı sistemi sıradan çıxır. Bu isə sürücülərə əlavə maddi ziyan vurur. Avtomobil ustalarının sözlərinə görə, son günlər servisə müraciət edənlərin sayında artım var. Ən çox rast gəlinən problemlər isə təkər, disk və asqı sistemi ilə bağlıdır.

Yol hərəkəti üzrə mütəxəssislər isə bildirir ki, belə hallarda sürücülər xüsusilə yağışlı havalarda daha diqqətli olmalı, sürət həddini aşağı salmalı və su yığılan ərazilərdən mümkün qədər ehtiyatla keçməlidirlər.

Sakinlər və sürücülər isə problemin müvəqqəti yox, tam şəkildə həll olunmasını istəyirlər. Onların sözlərinə görə, hər güclü yağışdan sonra eyni problem təkrarlanır və bu, artıq ciddi təhlükəyə çevrilib. Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində bir çox avtomobil yolu eyni taleyi yaşayır. Qəsəbə ərazisində hərəkət edən avtomobil idarəçiləri hər gün bu çuxurlara düşür və maşınları zədə görür. Belə hallar bəzən ciddi qəza riski də yaradır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Musavat.com-a açıqlamasında bildirib ki, qəsəbədaxili ərazilər agentliyin balansında deyil:

“Qəsəbədaxili ərazilərə icra hakimiyyətləri və bələdiyyələr baxır”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
31
1
musavat.com

10Источники