Türkiyəli sosial şəbəkə fenomeni Cihan Çelik kənd həyatına dair paylaşdığı videolar milyonlarla baxış sayı toplayır.
Ölkə.Az xəbər verir ki, tövlədə inəklərin altını təmizlədiyi anları, itini əzizləməyini, dovşan, quzu və keçilərini paylaşan şəxsin videoları 500 mindən 8 milyona qədər insan tərəfindən izlənir.
“Kənddəki bu sakit gün heyvanlarla keçirdiyim hər anın qiymətini bir daha xatırlatdı. Tövlədəki buzovum, itlərim, dovşanlarım olmasa, bu kənddə vaxt keçməz. Heyvanlarla keçən bu anlar kəndin dadını bambaşqa edir. Sizcə də heyvanlar olmadam kənddə bu hüzur və xoşbəxtlik eyni qala bilər?” ,- deyə o qeyd edib.
C.Çelikin 4 milyondan çox izləyicisi var.
Xatırladaq ki, C.Çelik 2 il əvvəl Türkiyədə "Kim milyonçu olmaq istəyir?" şousuna da qatılıb.
Billurə


