Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsində körpünü sel aparıb.
"Unikal" xəbər verir ki, körpünün yaxınlığından keçən yolun yararsız hala düşməsi gediş-gəlişi çətinləşdirib.
Sakinlər çayın üzərindən keçən boru xətti ilə digər sahilə keçməyə çalışır. Bu isə onların həyatları üçün çox təhlükəlidir.