RU

“Rosneft”in xalis mənfəəti 2025-ci ildə 73% azalıb

Şirkət rəhbərliyi vəziyyəti geosiyasi təzyiqlər və bazar problemləri fonunda “ideal fırtına” kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Rosneft”in 2025-ci il üzrə maliyyə göstəriciləri ciddi azalma nümayiş etdirib. Şirkətin xalis mənfəəti 73% azalaraq kəskin eniş qeydə alıb.

Məlumata görə, “Rosneft”in illik gəlirləri 18,8%, EBITDA göstəricisi isə 28,3% azalıb. Şirkətin rəhbəri İqor Seçin mövcud vəziyyəti Rusiya neft sənayesi üçün “ideal fırtına” kimi xarakterizə edərək bunu əlverişsiz geosiyasi şərait, daxili məhdudiyyətlər və bazar problemləri ilə izah edib.

Şirkət nümayəndələri bildiriblər ki, Yaxın Şərqdə baş verən müharibə nəticəsində neft qiymətlərində artım gözlənilən müsbət effekti verməyib. Əksinə, əlavə xərclərin artması əldə olunan gəlirləri əhəmiyyətli dərəcədə azaldıb.

İqor Seçinin sözlərinə görə, xüsusilə nəqliyyat və sığorta xərclərinin kəskin artması vəziyyəti daha da çətinləşdirib. O qeyd edib ki, mart ayında Baltik limanlarından Hindistana Rusiya neftinin daşınma xərci bir barel üçün 20 dolları keçib. Bu göstərici 2022-ci ilin əvvəlində Avropaya daşınma xərcləri ilə müqayisədə təxminən 10 dəfə yüksəkdir.

Ekspertlər hesab edirlər ki, artan logistika xərcləri və sanksiyaların yaratdığı məhdudiyyətlər Rusiya neft sektorunun gəlirliliyinə uzunmüddətli mənfi təsir göstərə bilər. Mövcud tendensiyalar davam edərsə, şirkətlər yeni bazarlara çıxış və xərclərin optimallaşdırılması üçün əlavə strategiyalar formalaşdırmalı olacaq.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники