"Sabah" basketbol komandası yoldaşlıq oyunları keçirəcək.

Offsideplus.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu Qazaxıstanın "Astana" kollektivi ilə iki dəfə üz-üzə gələcək.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmaların vaxtı artıq məlumdur:

4 aprel, saat 19:30

6 aprel, saat 15:00