RU

"Hizbullah" komandirin ölümünüTƏSDİQLƏDİ

İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullahın yüksək rütbəli komandiri Yusif İsmayıl Haşim öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Cədid” telekanalı Hizbullah rəsmisinə istinadən məlumat yayıb

"Hizbullah cənub cəbhəsinin komandiri Yusif İsmayıl Haşimin Beyruta düşmən hücumu nəticəsində ölümünə yas tutur".

Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Aviçay Adraee bildirib ki, Jnah ərazisinə raket hücumu təşkil edilib.

"Hizbullahın cənub cəbhəsinin komandiri Yusif İsmayıl Haşim İsrail ərazisinə raket və dronların atılmasına rəhbərlik edib və hərbi infrastrukturun yenidən qurulması səylərinə rəhbərlik edib", - deyə o qeyd edib.

Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində yeddi nəfər həlak olub, 27 nəfər yaralanıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
19
1
redaktor.az

2Источники