RU

Moskva Ermənistan dəmir yollarının idarəçiliyini Astanaya vermək istəmir

Moskva Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi ilə bağlı İrəvanla danışıqlar aparmır.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  bildirib.

Onun sözlərinə görə, Rusiyanın nəqliyyat naziri Andrey Nikitin bildirib ki, Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi barədə Moskva nə İrəvanla, nə də Astana ilə danışıqlar aparır:

"Ermənistanla 2008-ci ildə imzalanan müqavilənin müddəti 30 ildir və daha 10 il müddətinə uzadıla bilər. Uzun illərdir ki, Cənubi Qafqaz Dəmir yolları QSC bu müqavilənin şərtləri məsuliyyətlə icra edir. Rusiyanın Ermənistanın dəmir yollarının infrastrukturuna qoyduğu investisiyanın həcmi 30 milyard rubldan çox olub", - Rusiya XİN sözçüsü qeyd edib.

M.Zaxarova bu məsələnin bu gün Kremldə Putin və Paşinyan arasında danışıqlarda müzakirə olunub-olunmayacağı ilə bağlı suala isə cavab verməyib.


Telegram kanalımız
Избранный
16
2
yenisabah.az

3Источники