RU

“Roketsan” bütün sistemlərdə seriyalı istehsal həcmini artıracaq

“Roketsan” şirkəti tərəfindən bütün sistemlərdə seriyalı istehsal qabiliyyəti artırılacaq.

“Poliqon” xəbər verir ki, bu fikiləri “Roketsan” şirkətinin baş direktoru Murat İkinci Ankarada keçirilmiş “Roketsan” Strateji Tərəfdaşlıq Zirvəsində deyib.

“Roketsan”ın əldə etdiyi gəlirləri infrastruktur və seriyalı istehsal qabiliyyətinə yönəltdiyini söyləyən M.İkinci, yaxın gələcəkdə həcm artımları ilə bağlı yeni inkişafların ictimaiyyətlə paylaşılacağını bildirib.

O vurğulayıb ki, istehsal həcminin artırılması bir çox sistemdə öz təsirini göstərəcək: “Bu mövcud infrastrukturlara əlavə olaraq həyata keçirdiyimiz həcm artımları ilə yalnız TAYFUN ballistik və SOM qanadlı raketləri deyil, həmçinin ATMACA, SİPER, HİSAR və digər bütün sistemlərin istehsal həcmlərinin artdığını görəcəyik”.

Избранный
12
poliqon.az

1Источники