RU

İlk musiqinin necə yarandığı bilindi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Kyoto Universitetinin tədqiqatçıları insanın musiqi qabiliyyətinin təkamülünə işıq salacaq maraqlı faktlar üzə çıxarıblar. Alimlər müəyyən ediblər ki, şimpanzelər əşyaları bir-birinə vuraraq və buna səs əlavə edərək ritmik musiqi parçaları yarada bilirlər.Araşdırmanın nəticələri "Annals of the New York Academy of Sciences" jurnalında dərc olunub.Tədqiqatın əsas qəhrəmanı Ayumu adlı 26 yaşlı erkək şimpanzedir. Müşahidələr göstərib ki, o, əşyaları sadəcə təsadüfi şəkildə bir-birinə vurmur. Ayumu müəyyən səs tonları çıxararaq əsl musiqi kompozisiyaları yaradır. Şimpanze iki il ərzində 90-a yaxın "çıxış" nümayiş etdirib. O, yerə döşənmiş taxtaları sökərək onlardan müxtəlif səslər çıxarmaq üçün istifadə edib.Araşdırmaçılar qeyd edirlər ki, Ayumunun vurduğu zərbələr arasındakı intervallar metronom kimi sabit olub. Bu isə o deməkdir ki, primatın çıxardığı səslər və hərəkətlər təsadüfi deyil, müəyyən ritmə əsaslanır. Şimpanzenin həmin anlardakı üz mimikası onun bu fəaliyyətdən müsbət emosiyalar aldığını və prosesin tamamilə emosional xarakter daşıdığını sübut edir.Arxeoloqlar illərdir qədim insanların musiqi mədəniyyətini bərpa etməkdə çətinlik çəkirlər. Çünki qədim dövrün musiqi alətləri ağac və heyvan dərisi kimi tez xarab olan materiallardan hazırlanırdı. Şimpanzelərin bu davranışı musiqinin ilkin yaranma forması haqqında ipucu verir. Belə görünür ki, musiqi ilk dövrlərdə səs və alətlərin birləşməsi vasitəsilə emosiyaların ifadə edilməsi üsulu kimi yaranıb.Bu kəşf musiqi təfəkkürünün yalnız insanlara məxsus olmadığını, bunun uzunmüddətli təkamülün nəticəsi olduğunu təsdiqləyir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
demokrat.az

1Источники