RU

Müharibə quru əməliyyatları başlayandan sonra bitəcək Politoloqdan ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Amerika Birləşmiş Ştatları İranda müharibəni qısa müddətdə bitirməyi nəzərdə tutur. Eləcə də, vəziyyətə uyğun olaraq hakimiyyətin dəyişdirilməsini planlaşdırır. Lakin bu baş vermir, əksinə əvvəlcədən ehtimal edilən, əvvəlcədən ehtiyat edilən hadisələr baş verir. Məsələn, İran hakimiyyəti təxminən 20 il bundan əvvəl, ABŞ İraqa hücum edəndən sonra İran gündəliyə gələndə bəyan edir ki, ölkəsinə, İslam Respublikasına hücum olarsa, regiondakı ABŞ-yə bağlı hərbi bazaları, neft bazalarını vuracaq. Tehran hakimiyyəti bunu dəfələrlə bəyan edir".

Bu fikirləri Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi.

O əlavə etdi ki, müəyyən mənada 12 günlük müharibə dövründə ABŞ və İsrail bu addımı atmaqdan çəkinir:

"Ancaq fevralın 28-də başlayan hərbi əməliyyatlarda artıq Tehran hakimiyyəti ABŞ-nin ərəb ölkələrində - Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Qətərdə yerləşən hərbi bazalarına, həmçinin bu ölkələrin mülki obyektlərinə, neft bazalarına və sənaye müəssisələrinə zərbələr endirir. Yəni əvvəlcədən qorxulan, ehtiyat edilən hadisələr baş verir. Bu baxımdan Tehran hakimiyyəti ABŞ-İsrail savaşında müəyyən daxili auditoriya və tərəfdarlarına göstərmək üçün nüfuz qazanır. Bu isə Tehran hakimiyyətinin lideri Ayətullah Seyid Əli Xameneinin itkilər versə belə, meydandan qaçmadığını göstərir. Çoxlu sayda hərbi xadimlər, dövlət rəsmiləri ABŞ-İsrail hərbi əməliyyatlarının qurbanına çevrilir. Müharibənin bitməsi məsələsi artıq günün tələbinə çevrilir. Dünyada bu müharibədə yalnız bu üç tərəf iştirak etmir, eyni zamanda ABŞ və İsraili dəstəkləməyən qüvvələr də prosesə cəlb olunur. ABŞ-də müxalifət, Demokratlar Partiyası və ölkədə Donald Tramp hakimiyyətinə etiraz edən qüvvələr İrandakı hərbi əməliyyatlara mənfi münasibət bildirir. Onları sakitləşdirmək, neft qiymətlərində müəyyən enişə nail olmaq üçün hesab edirəm ki, Donald Tramp müəyyən mənada diplomatik və söz manevrləri edir".

Müsahibimiz hesab edir ki, müharibə quru əməliyyatları başlayandan sonra bitəcək:

"Qısa müddətdə baş verəcək quru əməliyyatları bu prosesə təsir göstərə bilər. İndiki şəraitdə müharibənin tezliklə bitəcəyi ehtimalı azdır. Əsas məsələ İrandakı hərbi obyektləri, raket sənayesi kompleksini, liderləri və bu istiqamətdə olan digər hədəfləri sıradan çıxarmaqdır və ABŞ buna nail olur. Müharibənin konkret müddəti ilə bağlı fikir söyləmək çətindir. Hətta Donald Tramp belə 2–3 həftə deyir, “bundan çox da ola bilər”, “bundan bir neçə gün az da ola bilər” ifadələrini səsləndirir. Deməli, bu təxmini fikirdir. Təxminən 10 gün əvvəl bəyan edir ki, müharibə başlayanda 3-4 həftəyə hərbi əməliyyatlar başa çatacaq. İndi isə aprelin 6-da və ya aprelin 9-da danışıqların başlanacağına dair xəbərlər yayılır. İran Xarici İşlər Nazirliyi ABŞ-nin hərbi əməliyyatların dayandırılması ilə bağlı təqdim etdiyi təkliflərə hələ cavab vermədiyini bildirir. Bu isə o deməkdir ki, yaxın perspektivdə ABŞ ilə İran arasında danışıqlar baş verə və atəşkəs əldə oluna bilər. Bu proses üç həftə də çəkə bilər, bir həftə də çəkə bilər, beş həftə və daha uzun müddət də davam edə bilər".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
50
redaktor.az

10Источники