RU

Sürücülük imtahanından kəsilən gənc atası ilə təlimçini döydü VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Silivri rayonunda sürücülük imtahanı zamanı insident baş verib. 

Avtosfer.az xəbər verir ki, imtahandan kəsilən namizəd atasının iştirakı ilə yoxlama komitəsinin üzvünə hücum edib. Hadisə mobil telefon kamerası ilə qeydə alınıb.

Məlumata görə, Silivri Cümhuriyyət Parkında keçirilən sürücülük imtahanı zamanı gənc oğlan tələb olunan balı toplaya bilməyib. Nəticədən narazı qalan namizəd və onun atası imtahan komissiyası üzvlərinə etiraz edərək aqressiv davranış sərgiləyiblər.

Hadisə yerində yaranan mübahisə qısa müddətdə gərginləşib. Bu zaman ata komitə üzvlərindən birinə fiziki hücum edərək ona yumruq zərbələri endirib. Baş verənlər ərazidə olan şəxslər tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.

Nəticədə hücuma məruz qalan komitə üzvünün yüngül xəsarətlər aldığı bildirilir. Zərərçəkən şəxs hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edərək ata və oğlu barədə şikayət ərizəsi təqdim edib.

Faktla bağlı araşdırmalara başlanıldığı qeyd olunur.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
avtosfer.az

1Источники