RU

Bir həftədə Finlandiyada üç dron vurulub – Ukraynadan şübhələnirlər

Finlandiya sərhədçiləri Parikkala bələdiyyəsində vurulmuş pilotsuz təyyarə aşkar ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, bu həftə baş verən üçüncü belə hadisədir və hakimiyyət orqanları pilotsuz təyyarənin Ukraynadan gəldiyini düşünür.

Pilotsuz təyyarə Rusiya sərhədi yaxınlığındakı Pyuxayarvi gölünün buzunda tapılıb. Yle-nin məlumatına görə, Finlandiya hakimiyyəti pilotsuz təyyarənin döyüş başlığı ilə silahlandığından şübhələnir.

Əvvəlki iki pilotsuz təyyarə martin 29-da aşkar edilib. Onlardan ən azı birinin Ukraynadan gəldiyi bildirilib.
Latviya, Litva və Estoniyanın hakimiyyət orqanları da əvvəllər Ukrayna pilotsuz təyyarələrinin onların hava məkanına daxil olduğunu bildiriblər.

Musavat.com

 

Избранный
57
musavat.com

1Источники