RU

Vaqif Cavadov portuqaliyalı məşqçinin köməkçisi oldu

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinə köməkçi məşqçi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, baş məşqçi Rui Jorjenin köməkçisi təyin edilib.

Qeyd edək ki, 2020-ci ildə məşqçiliyə başlayan Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın “Turan” klubunda fəaliyyət göstərib. Məşqçiliyə “Sumqayıt”ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra “Sumqayıt-2”də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında “Sumqayıt”ın əsas komandasının baş məşqçisi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
qafqazinfo.az

1Источники