“Sabah” basketbol komandası yoxlama oyunları keçirəcək.


Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Hazırkı Azərbaycan çempionu Qazaxıstanın “Astana” komandası ilə iki oyunda üz-üzə gələcək.


Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalar aprelin 4-də, saat 19:30, aprelin 6-da, saat 15:00-da start götürəcək.