ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 aprel, AZƏRTAC
FIFA milli komandalar üçün ilin ilk reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, “FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olan Azərbaycan yığmasının mövqeyində dəyişiklik olub.
Bakıda keçirilən FIFA turniri çərçivəsində Sent Lüsiya və Syerra Leoneni məğlub edən Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv xallarını 1136.67-yə çatdırıb və 124-cü pilləyə yüksəlib.
Qeyd edək ki, reytinqə 1877.32 xalla Fransa millisi başçılıq edir. İkinci sırada son Avropa çempionu İspaniya (1876.40), üçüncü pillədə isə Argentina (1874.81) yer alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.