RU

Heyvan mənşəli məhsulların harada və necə istehsal edildiyini necə bilmək olar?

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 aprel, AZƏRTAC

Heyvanların identifikasiyası ölkədə baytarlıq nəzarətinin əsasını təşkil edən qanuni və məcburi prosesdir. Həmin sistem sayəsində hər bir heyvana fərdi identifikasiya nömrəsi verilir və onun bütün həyat dövrü üzrə məlumatlar xüsusi informasiya sistemində qeydiyyata alınır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin məlumatlara keçirilmiş xəstəliklər, aparılmış müalicələr, peyvənd və profilaktik tədbirlər və baytarlıq nəzarəti barədə digər məlumatlar daxildir.

Proses Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi üzərindən həyata keçirilir və heyvanın doğulduğu təsərrüfatdan başlayaraq məhsulun “fermadan süfrəyə” qədər izlənməsinə imkan yaradır.

Baytarlıq nəzarəti altında və qeydiyyatdan keçmiş kəsim məntəqələrində kəsilən heyvanların məhsulları təhlükəsiz şəkildə bazara çıxarılır və istehlakçıya təqdim olunur.

Hər bir istehlakçının hüququ var ki, aldığı məhsulun harada və necə istehsal olunduğunu bilsin. Bu, şəffaflıq isə məhz heyvan identifikasiyası sistemi sayəsində mümkün olur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
1
azertag.az

2Источники