RU

Tramp o taktikanı işə sala bilər: məşhur aparıcı İrana səsləndi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Amerikalı hüquqşünas və radio aparıcısı Mark Levin İranda vətəndaşların silahlandırılmasına çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Aparıcı bildirib ki, bu məsələni artıq bir neçə həftədir radio efirində səsləndirir:

“ABŞ keçmişdə Prezident Ronald Reyqan dövründə Əfqanıstan, Anqola və Nikaraquada tətbiq etdiyi yanaşmaya bənzər addım ata bilər. Onlar ciddi qüvvə kimi ayağa qalxa bilərlər, amma bunun üçün silaha ehtiyacları var. Xüsusilə də hərbi əməliyyatın yaxın həftələrdə başa çatması nəzərə alınarsa, bu addım dərhal atılmalıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Ronald Reyqan dövründə Əfqanıstan, Anqola və Nikaraquada birbaşa müharibəyə girmədən SSRİ-yə qarşı olan yerli silahlı qrupları dəstəkləyərək “proksi müharibə” aparırdı.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники