RU

“Barselona” tarixində ilk qazax futbolçu FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazaxıstanlı futbolçu Kərim Mendikanov “Barselona” tarixində ilk qazax oyunçu olacaq.

İdman.Biz xəbər verir ki, 15 yaşlı sağ cinah hücumçusu növbəti mövsümdən etibarən rəsmi şəkildə “Barselona”nın heyətinə qoşulacaq.

Kərim Mendikanov ötən mövsüm Kataloniya liqasında Serdanyolanın heyətində çıxış etməyə başlayıb və artıq yüksək oyun keyfiyyətini, həmçinin potensialını nümayiş etdirib. Gənc istedada bir neçə klub maraq göstərsə də, o, seçimində Kataloniya təmsilçisinə üstünlük verib.

Mendikanovun transferi klubun gələcək üçün perspektivli addımlarından biri kimi dəyərləndirilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
47
50
icma.az

10Источники