RU

DÇ nin bütün iştirakçıları müəyyənləşdi Türkiyə millisinin oyun saatları

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək bütün 48 komanda artıq müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, bu, ötən gecə baş tutan pley-off mərhələsinin final qarşılaşmalarından sonra dəqiqləşib.

Seçilən komandalar arasında 24 ildən sonra yenidən mundiala qatılmaq hüququ qazanan Türkiyə millisi də yer alır. Son iki dünya çempionatını buraxan İtaliya yığması bu dəfə də final mərhələsinə vəsiqə əldə edə bilməyib.

DÇ-2026-nın qrupları belə formalaşıb:

A qrupu – Cənubi Afrika, Çexiya, Cənubi Koreya, Meksika

B qrupu – Qətər, Bosniya və Herseqovina, İsveçrə, Kanada

C qrupu – Haiti, Şotlandiya, Mərakeş, Braziliya

D qrupu – Avstraliya, Türkiyə, Paraqvay, ABŞ

E qrupu – Kot-d'İvuar, Ekvador, Kurasao, Almaniya

F qrupu – Tunis, İsveç, Yaponiya, Niderland

G qrupu – İran, Yeni Zelandiya, Misir, Belçika

H qrupu – Səudiyyə Ərəbistanı, Uruqvay, Kabo-Verde, İspaniya

I qrupu – Norveç, İraq, Seneqal, Fransa

J qrupu – Avstriya, İordaniya, Əlcəzair, Argentina

K qrupu – Özbəkistan, Konqo Demokratik Respublikası, Kolumbiya, Portuqaliya

L qrupu – Qana, Panama, Xorvatiya, İngiltərəQeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Bu turnir tarixə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial kimi düşəcək və yarış 11 iyundan 19 iyuladək davam edəcək.

Onu da bildirək ki, Türkiyə yığmasının D qrupundakı bütün oyunları Bakı vaxtı ilə səhər saatlarında keçiriləcək.

Türkiyənin qrup mərhələsində keçiriləcək görüşlərinin təqvimi belədir:

14 iyun, saat 08:00 (Bakı vaxtı ilə)

Avstraliya – Türkiyə

(Vankuver şəhərində baş tutacaq)

20 iyun, saat 08:00 (Bakı vaxtı ilə)

Türkiyə – Paraqvay

(Santa Klara şəhərində keçiriləcək)

26 iyun, saat 06:00 (Bakı vaxtı ilə)

Türkiyə – ABŞ

(İnqlvud şəhərində oynanılacaq)Murad Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
2
yeniavaz.com

3Источники