RU

Türkiyəli futbolçu qaradərili xanımla ailə həyatı qurdu!

Hazırda ''İstanbul BŞ''nin şərəfini qoruyan Bertuğ Yıldırım şəxsi həyatı ilə gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı forvard portuqaliyalı model Oriana Korreya Qomes ilə ailə həyatı qurub.

Maraqlı məqam odu ki, bu xanım qaradərilidi. Bertuğ Yıldırım daha öncə sosial media fenomeni Ala Tokel ilə münasibətdə idi. Ancaq bu xanımdan ayrılan kimi Qomes ilə görüşməyə başladı. Bir müddət öncə o, bu xanıma qarşı fikrinin ciddi olduğunu göstərmiş və ona evlilik təklif etmişdi. Özü də evlilik təklifini Müslüm Gürsəsin mahnısının sədaları ilə etmişdi.

Martın 31-də isə bu maraqlı cütlüyün toy mərasimi baş tutub. Bertuğun nigah şahidi ''İstanbul BŞ''nin prezidenti Göksəl Gümüşdağ olub. Bertuğun ''instaqram'' səhifəsində toydan paylaşdığı şəkildə cütlüyün hamburger yeməsi diqqət çəkib. Bundan başqa toyda ötən həftə həbsdən çıxan ''Qalatasaray''lı Metehan Baltacı da iştirak edib. Bertuğ onunla birlikdə çəkdirdiyi şəkili ''hər zaman, hər yerdə'' ifadəsi ilə paylaşıb.

Qeyd edək ki, Türkiyə yığmasında 5 oyun keçirən və 2 qol vuran Bertuğ Yıldırım daha öncə ''Hatayspor'', ''Antalyaspor'', ''Renn'' və ''Xetafe''də çıxış edib.

Избранный
16
football-plus.az

1Источники