RU

Paşinyandan Putinə istehzalı mesaj – VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı diqqətçəkən açıqlama verib.

O, ölkəsində demokratik institutların mövcudluğunu vurğulayaraq, sosial şəbəkələrin tam azad olduğunu, seçkilərin keçirildiyini və Ermənistanda demokratiyanın fəaliyyət göstərdiyini bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyanın bu sözləri bir çoxları tərəfindən Putinə yönəlmiş istehzalı mesaj kimi qiymətləndirilib. Ermənistan baş naziri qeyd edib: “Bizdə sosial şəbəkələr tamamilə azaddır, bizdə seçkilər keçirilir, bizdə demokratiya var…”

Bu açıqlama fonunda ekspertlər hesab edir ki, Paşinyan dolayısı ilə Rusiyadakı siyasi mühitə eyham vurmağa çalışıb.

Natiq Səlim,
KONKRET.az

Избранный
10
1
konkret.az

2Источники