RU

“Avropa müharibənin iqtisadi təsirlərindən ehtiyat edir” DEPUTAT

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa ölkələri müharibənin iqtisadi nəticələrinin ciddi olacağını nəzərə alırlar”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib:

“Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ucuz enerji mənbələrindən məhrum olub və alternativ bazarlara yönəlib. Ərəb və Körfəz ölkələrindən enerji alınması artırılıb, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmağa başlayıb.

İrana qarşı hərbi əməliyyatların başlanması bu prosesə yenidən mənfi təsir göstərib. Neft və qaz qiymətlərinin təxminən 60–70 faiz artması Avropa iqtisadiyyatına ciddi təsir edib. Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə yanacaq qiymətlərinin artması müşahidə olunur.

Bununla yanaşı, bəzi Avropa ölkələri ABŞ və İsrailin hərbi fəaliyyətlərinə dolayı dəstək verməkdən də imtina ediblər. İspaniya və İtaliya hava məkanlarının istifadəsinə məhdudiyyət qoyaraq bu mövqelərini açıq şəkildə nümayiş etdiriblər.

Müharibənin coğrafiyası da genişlənib. İran əsas zərbələri Körfəz ölkələrinə yönəldərək Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələri prosesə cəlb edib. Bu addım münaqişənin arealını genişləndirib və bölgədə gərginliyi artırıb.

Nəticədə Körfəz ölkələrində ABŞ-nin təhlükəsizlik təminatlarına inam zəifləyib. Müharibədən sonra bu ölkələrin yalnız ABŞ-yə deyil, digər güclərə də təhlükəsizlik baxımından müraciət etməsi ehtimalı gündəmə gələ bilər”.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
icma.az

1Источники