ain.az bildirir, Demokrat.az portalına istinadən.
Bakının Xətai rayonunda “Dark Lounge & Bar” restoranından gecə saatlarına qədər davam edən səs‑küy sakinlərin istirahət hüququnu narahat edib. Hüquqi baxımdan belə hallarda vətəndaşlar yerli polis orqanlarına və ya İcra Hakimiyyətinə müraciət edərək səs‑küyün qarşısının alınmasını tələb edə bilərlər. Azərbaycan qanunvericiliyinə görə ictimai yerlərdə fəaliyyət göstərən restoran və barların səs‑küy səviyyəsi müəyyən normativlərlə tənzimlənir və səs‑küyün həddindən artıq olması inzibati məsuliyyət yaradır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, belə hallarda bir nömrəli və ən effektiv addım polisə, yəni 102 xidmətinə şikayət etməkdir. "Çox vaxt vətəndaşlar məhz bu yolu seçirlər, çünki polis hadisəni dərhal sənədləşdirir və qanun çərçivəsində tədbir görmək imkanına malikdir. Polisə müraciət həm də vətəndaşın hüquqlarının qorunması üçün ilkin və rəsmi əsas yaradır. Eyni zamanda, vətəndaş məhkəməyə də müraciət edə bilər. Bu zaman sübut toplamaq xüsusilə vacibdir. Mümkün qədər audio və video yazılar hazırlamaq, fotoşəkillər çəkmək və digər sənədləri saxlamaq lazımdır. Bu materiallar məhkəmədə vətəndaşın iddiasını dəstəkləyən əsas sübut kimi təqdim oluna bilər".Məsələnin məhkəmə müstəvisinə çıxarılması da mümkündür. Lakin bu zaman iddiaçının üzərinə sübut toplamaq öhdəliyi düşür. Vətəndaşlar baş verən qanun pozuntusunu audio və video yazılarla, eləcə də fotoşəkillərlə qeydə almalıdırlar. Toplanan bu materiallar məhkəmə prosesində iddianın təsdiqlənməsi üçün həlledici rol oynayır.Bundan başqa, səs-küy problemi istehlakçı hüquqlarının pozulması kontekstində də dəyərləndirilə bilər. Sakinlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək müvafiq araşdırmanın aparılmasını tələb etmək hüququna malikdirlər. Bu qurum pozuntuları araşdıraraq qanunvericilik çərçivəsində lazımi tədbirlər görmək səlahiyyətinə sahibdir."Burada da yazılı və video sübutlar şikayətin təsirini artırır və hüquqların qorunmasını təmin edir. Xidmət, pozuntuları araşdıraraq qanunvericiliyə uyğun tədbir görür".Qeyd edək ki, yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən obyektlər gecə saatlarında sükut qaydalarına əməl etməyə borcludurlar. Qanunun tələblərinə riayət olunmaması təkcə cərimələrlə deyil, həm də həmin müəssisələrin fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnə bilər.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.