RU

Aprel döyüşləri böyük qələbənin başlanğıcı oldu Rauf Zeyni

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsində silinməz iz qoyan şanlı bir tarixdir. 2016-cı ilin aprelində Azərbaycan Ordusu böyük rəşadət və peşəkarlıq göstərərək strateji əhəmiyyətli mövqeləri azad etdi, xalqın qələbə ruhunu yenidən alovlandırdı. Bu döyüşlər ordumuzun gücünü, əsgərlərimizin vətən sevgisini bütün dünyaya nümayiş etdirdi və sonrakı böyük Zəfərə gedən yolun başlanğıcı oldu.Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a olan açıqlamasında Aprel döyüşlərinin Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib.R.Zeyninin sözlərinə görə, Aprel döyüşləri həm ağrılı itkilərlə yadda qalsa da, eyni zamanda Azərbaycan ordusunun gücünü və xalqın birliyini nümayiş etdirən şərəfli bir mərhələ kimi tarixə düşüb. O qeyd edib ki, 2016-cı ilin aprelində baş verən dörd günlük döyüşlər sonrakı böyük zəfərin əsas başlanğıcı olub.“Aprel döyüşləri bugünkü zəfərimizin və qələbələrimizin ilk uvertürası oldu”, – deyə Rauf Zeyni vurğulayıb.Rauf Zeyni bildirib ki, həmin döyüşlər zamanı Azərbaycan ordusu həm düşmənə, həm də bütün dünyaya öz hərbi qüdrətini nümayiş etdirib. Onun sözlərinə görə, dörd gün ərzində həyata keçirilən uğurlu əməliyyatlar ordunun peşəkarlığını və döyüş ruhunu ortaya qoyub.Professor vurğulayıb ki, Aprel döyüşləri yalnız hərbi baxımdan deyil, həm də mənəvi və siyasi cəhətdən mühüm əhəmiyyət daşıyıb. O bildirib ki, bu döyüşlər xalqın səfərbərliyini daha da gücləndirib və 2020-ci ildə əldə olunan Vətən müharibəsi zəfərinə gedən yolun əsasını təşkil edib.“Aprel döyüşlərindən sonra xalqımız və ordumuz böyük zəfərə hazırlaşdı və 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi”, – deyə o əlavə edib.R.Zeyninin fikrincə, 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. O qeyd edib ki, bu qələbələr ölkənin regionda siyasi, iqtisadi və hərbi nüfuzunu daha da artırıb.Rauf Zeyni şəhidlərin xatirəsinin hər zaman ehtiramla yad edildiyini bildirərək, onların qəhrəmanlığının xalqın yaddaşında əbədi yaşayacağını deyib. O, qazilərə can sağlığı arzulayıb və bundan sonra da Azərbaycanın yalnız qələbələrlə anılmasını diləyib.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
demokrat.az

2Источники