RU

Bu universitetdə tələbələrdən pul istənilir və təqüdləri də verilmir – İDDİAVİDEO

Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə oxuyann tələbələrdən 375 azn tələb olunur.

Bu iddia ilə Universitetin tələbələri  xəzər-xəbərin qaynar xəttinə müraciət ediblər. Onlar deyir ki, tələbnamə universitetin dekanalığı tərəfindən votsap qrupları üzərinndən göndərilib.

Bundan başqa fevral və mart aylarına aid təqaüdlər hələ də tələbələrə ödənilməyib. Müraciətdə bildirilir ki, buna baxmayaraq, universitet rəhbərliyi tərəfindən illik təhsil haqqının gecikdirilməsi halında tələbələrin adının jurnaldan silinəcəyi ilə bağlı xəbərdarlıq edilir.

Tələbələr yaranmış vəziyyətin onların sosial durumuna mənfi təsir etdiyini qeyd edir.

Universitetin prorektoru Sevda Sadıqbəyova tələbələrin iddialarına aydınlıq gətirib:

Sevda Sadıqbəyova qeyd edib ki, universitet tərəfindən aidiyyatı üzrə qurumlara edilən müraciətə rəsmi cavab veriləndən sonra dövlət sifarişli tələbələrin nəzərdə tutlan 375 manat ödəməsi ilə bağlı qərar açıqlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
30
5
xezerxeber.az

6Источники