RU

Acıyan bir qəlbin pıçıltısı-Təranə Şəms yazır

Təranə Şəms

Salam məni məndə görən, hər olanı mənlə bölən, ey biçarə varlığım! Ömrün xəzan çağında hər gələn bahar başqa bir bahar kimi həyatna zühur edir. Bəli...bu baharda həyatını fərqli bir bahar kimi müşayət edir. Sanki məndən qopan qəlbim tənhalıqdan, sükutun dərinliyindən çilə çəkir. Niyə hər detal...hər dəyərli görünən bir varlıq...əşyadımı, hər nədirsə adiləşir və sıfıra bərabər olur. Bəzən düşünürlər ki, sıfır bir heçdir. Bir bilsələr öz yanıldıqlarını...sıfır ədədlərin öncülünü...əvvəlini təşkil edərək, dəyərli bir fenomenə çevrilir. Ona görə dəyərlidir ki, ondan sonra gələn ədədi çoxluqlar bir hesab kitabının matural ədədlər çoxluğunu təşkil edir. Elə ədədlər aşağıdan yuxarı yüksəyə doğru artır...çoxalır və sonsuzluğa çevriır. Bəs insan? İnsan isə yuxarıdan aşağı bölünərək, sıfır nöqəsinə gəlir. Bax o zaman sıfırın bir heçlik olduğu anlaşılır. İnsan isə ömrünü ədədlərlə əhatə etdikcə həyat onun üçün adiləşir. Hər atılan addım gözə soxulan olur. Yaşın o payız vaxtı sən sanki başqa birisinin gözündə yaxşı olmaq üçün yaşayasan gərək... Sevib sevilə bilməzsən...sən işvə naz edə bilməzsən...ürəkdən gülə bilməzsən...bəs axı arxanda gəzən kölgələr kim nə deyər sözünü sənin qulağına pıçıldayar. Belə səbəblərdən dolayı yaşı əllini keçən qadınlar öz vəzifələrini bitmiş hesab edərək, özlərini artıq hesab edirlər. Bizim bu günümüz belə tezislərlə nəfəs alır. Niyə axı niyə? Bu gələn bahar...təbiətin gözəlliyi onların ürəklərini riqqətə gətirmirmi?!. Qadınlar bitmiş bir fikir kimi gəlir həyata? Yenə fikir bitəndə bir cülməyə çevrilər. Bəs qadınlar? Onlar isə həyatın özüylə reyasiyaya girərək qələviləşir və bir heçə bərabər olur. Elə bu gündə orta yaşlı qadılar özlərinə ölüm arzu edirlər. Elə hesab edirlər ki...artıq onlar üçün hər detal...hər fikir...bir sözlə yaşamaq amalı sıfıra bərabərdir. Ey qadınıar sizin heç əbədi bir məkanınız olmadı. Bir məkan mövcuddur ki, onu canı könüldən arzu edirsiz maləsəf o pay əlinizə düşmür ki, *əşşi bu nə qədər yaşayacaq* tənəsindən canınızı qutara biləsiniz...


Избранный
73
22
azia.az

10Источники