Azərbaycanın konsaltinq bazarında aparıcı şirkətlərdən biri olan “ASR Development Consulting Group” MMC rəhbərlik strukturunda mühüm dəyişikliyi elan edib. Elxan Mikayılov şirkətin Baş direktoru vəzifəsinə təyin edilib.
2009-cu ildən fəaliyyət göstərən və həm dövlət, həm də özəl sektor üçün strateji həllər təklif edən “ASR Development Consulting Group” bu təyinatla fəaliyyət dairəsini daha da genişləndirməyi və beynəlxalq standartlara uyğun idarəetmə modelini gücləndirməyi hədəfləyir.
Elxan Mikayılov dövlət idarəçiliyi və strateji islahatların hazırlanması sahəsində zəngin təcrübəyə malik peşəkardır. Onun rəhbərliyi altında şirkətin növbəti mərhələdə aşağıdakı prioritet istiqamətlər üzrə inkişafı nəzərdə tutulur:
Qeyd edək ki, “ASR Development Consulting Group” (əvvəlki adı “ASR Consulting and Research Group”) 2019-cu ildə rebrendinq edərək xidmət portfelini şaxələndirib. Şirkət hazırda 50-dən çox yerli və beynəlxalq ekspertlə əməkdaşlıq edərək institusional potensialın gücləndirilməsi və iqtisadi inkişaf layihələrində yaxından iştirak edir.
Yeni təyinat şirkətin həm yerli bazarda mövqeyini möhkəmləndirmək, həm də regional layihələrdə (o cümədən Orta Asiya və Qafqaz bazarlarında) daha aktiv rol oynamaq strategiyasının tərkib hissəsidir.


