RU

Ermənistan soyuq müharibə meydanına çevrilir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Vladimir Putin və Nikol Paşinyan arasında bugünkü görüş regionun mənzərəsini və Ermənistan daxilindəki siyasi dinamikanı anlamaq üçün mühüm indikator hesab oluna bilər".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, bu görüşü həm də qlobal güclərin qarşıdurması kontekstindən təhlil etmək olar:

"Baxın, Vladimir Putinin Ermənistanla ticarət dövriyyəsinin altı milyard dolları ötməsini deməsi, qazın güzəştli qiymətlərlə satılması, digər davamlı yardımlar rəsmi Moskvanın İrəvan üzərindəki təsir rıçaqlarını nümayiş etdirir. Putin bununla bildirmək istəyir ki, hələ də sözügedən ölkə üzərində təsir imkanları var. Ermənistanın iqtisadi artım göstəricilərinin əhəmiyyətli hissəsi Qərb sanksiyalarından yayınaraq Rusiyaya ötürülən mallar hesabına formalaşır. Təbii ki, Kreml Paşinyanın Qərbə meyillənməsini mənəvi baxımdan etibarsızlıq kimi qiymətləndirir. İki lider arasındakı polemikalar söz güləşdirməsi deyil, illərdir qurulmuş iqtisadi asılılıq modelinin siyasi seçim qarşısında qalmasıdır. Rusiyanın hazırkı ritorikası, səsləndirilən bəyanatlar fonunda hiss olunur ki, Moskva Ermənistanda keçiriləcək parlament seçkisinə müdaxilə etməyə cəhd edəcək".

Deputat bildirib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlıdır:

"Lakin burada Qərbi də unutmamalıyıq. Onlar da proseslərdə aktivləşib. Başqa ölkələrdə insan haqlarından, söz azadlığından, demokratiyadan bəhs edən Qərb institutları bəzi məsələlərə göz yumur. Bu isə Ermənistanın Rusiyanın orbitindən çıxmasına hesablanıb. Seçki yaxınlaşdıqca Ermənistan Rusiya ilə Qərb arasında qarşıdurma meydanına çevrilir. Ukraynada Rusiya-Qərb müharibəsi getsə də, Ermənistan soyuq müharibə meydanıdır. Bu kontekstdə Azərbaycana baxsaq, ölkəmizin xarici siyasət modeli kifayət qədər unikaldır. Ermənistandakı xarici təsirlərə açıq mühit fonunda Azərbaycanın yürütdüyü siyasət kəskin şəkildə fərqlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən kursun bir sıra üstünlükləri var: açıq-aydın və konkret, milli maraqlara söykənən siyasət, eləcə də balanslaşdırılmış mövqe. Ölkəmiz Rusiya, ABŞ və Avropa İttifaqı ilə bərabərhüquqlu münasibətlər qurub. Bu, dünyada çox az rast gəlinən siyasi konfiqurasiyadır. Bakı heç bir ölkənin daxili işlərinə qarışmır və eyni zamanda imkan vermir ki, kimsə onun daxili işlərinə müdaxilə etsin. Zaman göstərir ki, atılan addımlar düzgündür".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
oxu.az

1Источники