RU

Tanınmış məşqçi HƏBS EDİLDİ: Pedofiliyada İTTİHAM OLUNUR

Şimali Osetiya Milli Karate Federasiyasının keçmiş prezidenti pedofiliya ittihamı ilə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Şimali Osetiyanın Milli Karate Federasiyasının keçmiş prezidenti Gennadi Kadzov barəsində ağır cinayət ittihamı ilə cinayət işi başlanılıb.

İstintaqın məlumatına görə, məşqçi azyaşlılara qarşı əxlaqsız hərəkətlər edib.

İttihama əsasən, o, uşaqları qorxudaraq susmağa məcbur edib və onları bütün respublikanın “pozğun” olduqlarını öyrənəcəyi ilə hədələyib.

Aparılan araşdırmalar nəticəsində Kadzov saxlanılıb. İlkin məlumata görə, onun azyaşlılara qarşı törətdiyi 10 cinayət epizodu aşkarlanıb.

Faktla bağlı istintaq davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
80
interpress.az

1Источники