RU

Fotoqrafın “çəhrayı fil” şousu faciə ilə BİTDİ: Heyvan ÖLDÜ – FOTO/VİDEO

Hindistanda rusiyalı fotoqrafın boyadığı fil ölüb və bu hadisə etirazlara səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanın Caypur şəhərində keçirilən fotosessiya zamanı şok hadisə yaşanıb. Fotoqraf Yuliya Burulyova qeyri-adi və effektli kadrlar əldə etmək üçün fili və hindistanlı modeli çəhrayı rəngə boyayıb.

Fotosessiyadan bir neçə gün sonra fil dünyasını dəyişib. İlkin ehtimallara görə, heyvan boyaların təsiri və keçirdiyi güclü stressə dözə bilməyib.

Fotoqraf isə boyaların “təbii və təhlükəsiz” olduğunu iddia etsə də, yerli sakinlər buna inanmır.

Hadisə yerli əhalinin sərt qəzəbinə səbəb olub; onlar fotoqrafı heyvanlara qarşı qəddar münasibətdə ittiham edərək kütləvi etirazlara başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
32
interpress.az

1Источники