RU

53 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 2 aprel, AZƏRTAC

53 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası aya yola düşüb.

AZƏRTAC-ın məlumatına görə, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar. On günlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
12
azertag.az

10Источники