RU

BMT: Hörmüz boğazının blokadası dünya ticarətinin artımını üç dəfə azalda bilər

BAKI, 2 aprel. TELEQRAF

Hörmüz boğazında gəmiçiliyin dayanması dünya ticarətinin artım tempinə ciddi təsir göstərə bilər.

Teleqraf xəbər verir ki, bu vəziyyət fonunda qlobal əmtəə dövriyyəsinin artımı 2025-ci ildəki 4,7%-dən 2026-cı ildə 1,5–2,5%-ə qədər enə bilər.

Məlumata görə, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən hazırlanmış hesabatda qeyd olunur ki, artım tempinin azalması qlobal tələbin zəifləməsi və qeyri-müəyyənliyin artması ilə bağlıdır.

Hesabatda vurğulanır ki, Hörmüz boğazının blokadası dünya ticarət marşrutlarına ciddi təsir göstərərək beynəlxalq yükdaşımaların tempini zəiflədə bilər.

Qeyd edək ki, daha əvvəl Qərb mediası İranın Hörmüz boğazına nəzarət etməsi səbəbindən strateji üstünlüyə malik olduğunu və tanker hərəkətini tənzimlədiyini yazmışdı.

Избранный
37
teleqraf.com

1Источники