RU

ABŞ İrana qarşı hərbi əməliyyatda zərbələri gücləndiriləcək - Tramp

Vaşinqton “ciddi təhdidi aradan qaldırmaq” məqsədilə İrana qarşı hərbi əməliyyat həyata keçirib və yaxın həftələrdə təzyiqi artırmağı planlaşdırır. Bunu ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində bildirib.

“Biz bu əməliyyatı həyata keçirməli olduq ki, bu təhdiddən xilas olaq”, — Tramp bildirib.

O əlavə edib ki, ABŞ qarşıya qoyulan hərbi məqsədlərə çatmağa yaxındır.

“Biz yaxın vaxtlarda Amerikanın bütün hərbi məqsədlərini tamamlamağa doğru gedirik”, — deyən Tramp "yaxın iki-üç həftə ərzində zərbələrin son dərəcə intensiv olacağını" vurğulayıb.

Tramp həmçinin bildirib ki, ABŞ-ın məqsədi İranda rejim dəyişikliyi olmayıb.

Lakin onun sözlərinə görə, “rejim dəyişikliyi faktiki olaraq baş verib”, çünki İran rəhbərliyinin əsas nümayəndələri həlak olub. 

Onun sözlərinə görə, paralel olaraq diplomatik danışıqlar davam edir.

ABŞ prezidenti həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatı güclü olaraq qalır və vergi güzəştləri fonunda vətəndaşların gəlirləri artır.

N.Təbrizli

Избранный
21
1
anews.az

10Источники