RU

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Londonun ICE birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 6,5 %-dən çox artıb.

Bizim.Media xəbər verir ki, bunu ticarət sessiyasının məlumatları göstərir.

Bu dinamika ABŞ Prezidenti Donald Trampın televiziyada ABŞ-İsrail birgə əməliyyatına həsr olunmuş çıxışından sonra qeydə alınıb.
 

Bakı vaxtı ilə saat 4:55-ə olan məlumata görə, Trampın çıxışından əvvəl "Brent" markalı neftin qiyməti 1,35 % düşərək, bir barel üçün 99,79 dollar təşkil edib. Lakin artıq Bakı vaxtı ilə saat 5:33-də "Brent" markalı neftin bir barelinin qiyməti 106,29 dollara çatıb (artım 5,07 %).


Paralel olaraq WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,09 % artaraq, bir barelinin qiyməti 104,21 dollara çatıb.

Bakı vaxtı ilə səhər saat 8:05-ə olan məlumata görə, "Brent" markalı qiyməti 6,51 % artaraq, 107,75 dollara, WTI markalı neftin qiyməti isə 5,38 % artaraq 105,51 dollara çatıb.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli şəxs öldürülüb.
 

İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.


Tramp videomüraciətində bildirib ki, ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır.

Amerika lideri həmçinin İran rəhbərliyini Amerika administrasiyası ilə razılığa gəlməyəcəyi təqdirdə Tehranı "Daş dövrünə qayıdış"la hədələyib.

Bizim.Media

Избранный
23
2
bizim.media

3Источники