RU

NDU da yeni alınmış avadanlıqlar və dərsliklər təqdim olundu Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tibb fakültəsinin laboratoriyaları üçün yeni alınmış avadanlıqlar və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Tibb fakültəsində, eləcə də SABAH qruplarında müasir tibb təhsilinin inkişafına yönəlmiş yeni alınan kitabların təqdimatında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, rektor qeyd edib ki, müasir standartlara cavab verən bu avadanlıqlar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə geniş imkanlar yaradacaq.

O bildirib ki, laboratoriyaların yenilənməsi elmi tədqiqat işlərinin daha səmərəli təşkilinə və gələcək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində fakültənin Anatomiya, Histologiya, Mulyaj-simulyasiya, Patologiya və Stomatoloji simulyasiya kabinələri, həmçinin Fiziologiya, Əczaçılıq, Mikrobiologiya, Kimya və Stomatoloji texniki laboratoriyaları üçün müasir avadanlıq və reaktivlərin alındığı diqqətə çatdırılıb.

Belə ki, Anatomiya kabineti müxtəlif orqan və toxuma modelləri, plakatlar və skeletlərlə təchiz edilib. Histologiya kabineti DNT və RNT modelləri, hüceyrə quruluşunu əks etdirən vəsaitlər və müxtəlif preparatlar ilə təmin edilib.

Mulyaj-simulyasiya kabinetində stimulyatorlar və müxtəlif sistemlərin işləmə mexanizmini nümayiş etdirən elektron modellər quraşdırılıb. Stomatoloji simulyasiya kabineti isə dəyişilə bilən alt və üst çənə diş modelləri, tikiş sapları və müvafiq alətlərlə təmin olunub.

Fiziologiya laboratoriyası EEQ (elektroensefaloqrafiya) və EKQ (elektrokardioqramma) cihazları, həmçinin eksperimental tədqiqatlar üçün zəruri vasitələrlə təchiz edilib.

Əczaçılıq laboratoriyası üçün liofilizator, titrometr, pH-metr, avtomatik pipetlər, refraktometr, soxslet ekstraktoru, quru qızdırıcı, su hamamı, filtrlər, sınaq şüşələri, çini həvənglər, bitki xammallarından çıxarışların alınması üçün reaktivlər, eləcə də suppozitoriya və kapsul hazırlanması üçün qəliblər alınıb.

Kimya laboratoriyası biokimya üzrə aparılacaq təcrübələr üçün zəruri reaktivlərlə təmin olunub.

Mikrobiologiya laboratoriyası paster sobası, quruducu şkaf, qidalı mühitlər, mikroorqanizmlərin kultivasiyası üçün avadanlıqlar, antibiotik diskləri və digər reaktivlərlə təchiz edilib.

Stomatoloji texniki laboratoriya isə diş ölçülərinin götürülməsi və ekstraksiyası üçün tələb olunan alətlərlə, o cümlədən kəlbətin və elevator dəstləri ilə təmin olunub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həmçinin NDU Elmi Kitabxanasına ingilis, rus, türk və Azərbaycan dillərində tibb sahəsi üzrə 112 ədəd müasir kitab təqdim olunub. Bu nəşrlər tələbə və müəllimlərin elmi biliklərinin artırılmasına, müasir tibbi ədəbiyyata və tədrisi ingilis dilində olan ixtisaslarda dərsliklərdən istifadə imkanlarının genişlənməsinə şərait yaradacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
5
qafqazinfo.az

6Источники