RU

Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi » AzadMedia.az



Aprel döyüşlərindən 10 il keçir. 10 il öncə Qələbəyə gedən yolumuzun ilk çığırlarına qədəm qoydu qüdrətli ordumuz.
Aprel döyüşlərinin 10-cu ildönümü ilə bağlı Milli Məclisin deputatı Məşhur Məmmədov Azadmedia.az-a açıqlama verib.
Deputat bildirib ki, 2016-cı ilin aprelində baş verən dördgünlük müharibə Azərbaycan Ordusunun gücünü, peşəkarlığını və döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi:
“Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq. Ordumuz qısa müddətdə strateji əhəmiyyətli yüksəklikləri və yaşayış məntəqələrini azad edərək düşmənə ciddi zərbə vurdu. Aprel döyüşləri həm də 2020-ci ildə əldə etdiyimiz möhtəşəm Qələbənin başlanğıcı oldu.”
Millət vəkili vurğulayıb ki, həmin günlərdə Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək tarix yazdı:
“Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı nəticəsində bu gün müstəqil və qalib Azərbaycan daha güclü şəkildə inkişaf edir. Dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir.”

Deputat əlavə edib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun regionda güc balansını dəyişdirdiyini sübut edən mühüm hadisə kimi tarixə düşüb:
“Bu şanlı tarix gənc nəsil üçün vətənpərvərlik nümunəsidir. Azərbaycan bu gün regionda söz sahibi olan güclü dövlətdir və ordumuz istənilən təhdidin qarşısını almağa qadirdir.”
Sonda Məşhur Məmmədov bütün şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə və döyüşçülərə cansağlığı arzulayıb.
Избранный
47
1
azadmedia.az

1Источники