RU

Overçuk: İndi bunun qarşılığında İrəvana necə reaksiya verək?

BAKI, 2 aprel. TELEQRAF

“Cənubi Qafqaz Dəmir Yolu”nun (“Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsi – red.) konsessiyasını üçüncü tərəfə satmaq üçün heç bir obyektiv səbəb yoxdur”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

“Rusiyada insanlar sözlərinə görə yox, əməllərinə görə qiymətləndirilir, amma bu əməllər göstərir ki, əvvəl özəl elektrik enerjisi şirkətinin mülkiyyət hüququ (rusiyalı iş adamı Samvel Karapetyanın – red.) əlindən alınıb, indi isə dəmir yolu konsessiyası məsələsi qaldırılır. Buna necə reaksiya vermək olar?”, - o deyib.

Aleksey Overçuk Ermənistana dəmir yolunun satılacağı təqdirdə ciddi nəticələrlə bağlı xəbərdar edib:

“Ermənistan dəmir yolları üçün Rusiyaya təklif olunan konsessiyanın satışı nəticəsində Ermənistan dəmir yolu təkcə Rusiya yükdaşımalarını deyil, həm də “Rusiya Dəmir Yolları” ilə əlaqələrini itirəcək. Xəzər dənizində gəmiçiliyin rəqabət qabiliyyətinə təsir edən amillər nəzərə alınmaqla, Mərkəzi Asiya ölkələrindən Ermənistan və Türkiyəyə və əks istiqamətdə əhəmiyyətli yük daşımaları Rusiya Federasiyasından keçəcək”.

Избранный
11
teleqraf.com

1Источники