RU

İrəvan bu nöqtəyə çox yaxındır: Moskvadan hədə dolu açıqlama

Ermənistan Rusiyanın onunla iqtisadi münasibətlərini yenidən qurmalı olduğu nöqtəyə çox yaxınlaşıb.

Publika.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Moskvanın İrəvanın Aİ ilə münasibətlər üzrə müzakirələrindən xəbərdar olduğunu və bu müzakirələrə sakit yanaşdığını bildirmişdi.

Eyni zamanda, Rusiya lideri açıq şəkildə bildirib ki, İrəvanın həm Aİ, həm də AİB-ə eyni vaxtda üzvlüyü mümkün deyil. Paşinyan da öz növbəsində qeyd edib ki, İrəvan bunun uyğunsuz olduğunu bilir, lakin bu proseslər hələ seçim edilməli olan nöqtəyə çatmayıb.

Overçuk etiraf edib ki, ikitərəfli görüşlərdə, eləcə də Avrasiya İqtisadi Birliyi (AAİB) formatında Ermənistan liderləri Rusiya ilə dostluqdan danışır və AAİB-ə sadiqliklərini bildirilər.

Избранный
15
publika.az

1Источники