RU

Elmi fəaliyyətin gələcəyini Prezident İlham Əliyevin konseptual fikirləri üzərində qurmalıyıq - UNEC rektoru

Bak. Trend

UNEC-də keçirilən "Elm Günləri"nin açılışında çıxış edənuniversitetin rektoru, professor Ədalət Muradov ali təhsilingələcək inkişaf istiqamətləri, tədris və tədqiqat arasındakıbalans, həmçinin müasir universitet modelinin transformasiyası iləbağlı strateji baxışlarını bölüşüb:

“Bütövlükdə ali təhsil sistemi tarixi bir dönüş nöqtəsindədir.Bu fikri universitetlərdə elmi fəaliyyətə də şamil etmək olar. Bu,ilk növbədə, indiyə qədər tətbiq edilən elmin inkişafı modeli iləbağlıdır. Belə ki, elmin inkişafı artıq yalnız klassik tədqiqatmodelindən asılı deyil. Xüsusilə də Süni İntellekt (AI) bu prosesdəoyun qaydalarını köklü dəyişdirən əhəmiyyətli rol oynayır.

Azərbaycanda elmi fəaliyyətin gələcəyini Prezident İlhamƏliyevin AMEA-nın 80 illiyində səsləndirdiyi konseptual fikirlərüzərində qurmalıyıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,"Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır".

Universitetin ali missiyası gələcəyin vətəndaşlarını vəliderlərini yetişdirməkdir. Tələbələrin böyük əksəriyyətiuniversitetə məhz bu məqsədlə gəlir, lakin təəssüf ki, müasiryanaşmada universitetin təməl fəaliyyəti olan tədris sanki ikincidərəcəli iş kimi qəbul olunur. Bu gün bir çox nüfuzlu ali təhsilmüəssisələrində, o cümlədən UNEC-də tətbiq olunan mükafatlandırmasistemləri tədris fəaliyyətinə qarşı faktiki olaraq biganədir.Mövcud sistem bəzən ən fədakar və peşəkar müəllimi belə yalnıztədqiqat göstəricilərinə görə "uğursuz" kimi təqdim edir.

Bəzən bir müəllimin yaratdığı təsir, onlarla məqalənin yaratdığıtəsirdən daha böyük olur. Beləliklə, müasir universitet modelindətədris və tədqiqat arasında balans sanki pozulur.

Gələcəyi formalaşdırmaq çox böyük və çox məsuliyyətli birmissiyadır. Bu missiyanın mərkəzində müəllim dayanır və gələcəkdədə belə olacaq. Cəmiyyətin transformasiyasının mərkəzində yenə dəuniversitet dayanır və gələcəkdə də universitet dayanacaq.

Yuxarıda deyilənlər o anlama gəlirmi ki, biz illərlə yanlışşeyləri ölçmüşük, yanlış yanaşma tətbiq etmişik? Xeyr! Yanlışşeyləri ölçməmişik! Yanlış yanaşma tətbiq etməmişik. Yanaşmadoğrudur!

Biz sadəcə tədqiqatlara diqqəti artırmışıq, amma eyni yanaşmatədrisə tətbiq edilməyib. Tədqiqatçılara geniş dəstək verildiyihalda müəllimlər bu dəstəkdən məhrum olublar. Tədris və tədqiqatarasında balans bərpa edilməlidir. UNEC yaxın gələcəkdə bu yeniyanaşmanı reallaşdıracaq və yeni model üzrə hazırlıqlar artıqtamamlanmaq üzrədir.

Universitetlər ilkin olaraq təhsil müəssisəsi kimi yaradıldı,sonradan bu missiyaya tədqiqat funksiyası, daha sonra isəsahibkarlıq fəaliyyəti əlavə edildi. İndi isə bütövlükdəuniversitetlərin cəmiyyət üçün faydalı iş görmək missiyası da əlavəolunub. Bu, o deməkdirmi ki, eyni müəllim həm pedaqoq, həmtədqiqatçı, həm sahibkar, həm də ictimai missiya daşıyıcısıolmalıdır? Əlbəttə ki, yox! Bu tələb ayrı-ayrı müəllimlərə deyil,bütövlükdə universitetə aid edilməlidir.

Bu isə universitetlərin yeni idarəetmə, akademik, maliyyə vətəşkilati modelini gündəmə gətirir. Bu baxımdan, mövcud vəziyyətPrezident İlham Əliyevin hələ 13 il əvvəl "AzərbaycanRespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndamüəyyən etdiyi "təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyəvə təşkilati muxtariyyət verilməsi" vəzifəsinin aktuallığını vəcənab Prezidentin təhsil siyasətinin uzaqgörənliyini bir dahatəsdiqləyir.

Избранный
3
8
az.trend.az

9Источники