RU

Manana Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO

Manana Caparidze “Basqalı rəqsi” əsərinə öz ifası ilə yeni nəfəs verib.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist mərhum qarmon ustası və Xalq artistinin musiqisinə müəllifi olduğu sözlər əlavə edib.

Redaktə işini Leyli, aranjımanını isə Taleh Ağayev edib. Əsərin mix masteringi Oleq Naumova aiddir.

Mahnıya çevrilərən əsər “Basqalım mənim” adlanır.

Manana Caparidze kompozisiyanın yaranması haqqında bunları danışıb: “Əzizlərim, sizinlə xüsusi bir hekayəni bölüşmək istəyirəm. Bir neçə il əvvəl, çıxış etdiyim tədbirlərdən birində mənə böyük bir xoşbəxtlik nəsib oldu. Mərhum qarmon ustası, hörmətli Aftandil müəllim İsrafilovla görüşdüm. Çıxışımdan sonra mən duyğularla dolu idim. İsti qarşılanma, dinləyicilərin mehriban baxışları, sevgi dolu bir ab-hava…

Bu hisslərlə ona böyük hörmət və sevgi ilə yaxınlaşdım. Bu görüş mənim üçün böyük bir şərəf idi. Söhbətimiz çox səmimi keçdi və birdən o mənə dedi: “Manana, qızım, bilirsənmi ki, sənin ifa etdiyin mahnılardan birində səslənən musiqi parçası mənim bəstəm, mənim əsərimdir.” Bu sözləri eşitmək mənim üçün həm gözlənilməz, həm də böyük sevinc idi. Mən ona bu gözəl əsərə görə ürəkdən təşəkkür etdim. Elə həmin anda o, mənə bir xahişlə müraciət etdi. Elə bir xahiş ki, bu günə qədər ürəyimdə yaşayır. O istəyirdi ki, bu əsər artıq mahnı kimi mənim ifamda səslənsin.

Bir az kədər hissi ilə qeyd etdi ki, təəssüf ki, bu əsər Azərbaycan hüdudlarından kənarda bəzən başqa adlarla təqdim olunur və məhz buna görə mənə xeyir-dua verdi ki, bu bəstənin əsasında mahnı yaradım və onun ilk ifaçısı olum. Zaman keçdi və bu gün mən Aftandil müəllimin bizə miras qoyduğu əsəri təqdim edirəm. Hörmətli Aftandil müəllimin qızı, mənim üçün artıq çox doğma olan dəyərli Həcər xanımdan da inanılmaz dəstək gördüm. Düşüncələrimiz, hisslərimiz, niyyətlərimiz tam üst-üstə düşdü və mən onların xeyir-duasını aldım. Bu, sadəcə mahnı deyil, böyük ustaya, onun işıqlı xatirəsinə, ailəsinə və əlbəttə ki, sizə, mənim əziz dinləyicilərimə olan hörmətin ifadəsidir. Bu mahnı haqqında anam da bilirdi. O, bu anı səbirsizliklə gözləyirdi və mən inanıram onun ruhu bu gün yanımdadır və çox xoşbəxtdir”.

Qeyd edək ki, “Basqalım mənim” əsəri artıq bütün radio və rəqəmsal platformalarında yer alır.


Telegram kanalımız
Избранный
37
11
yenisabah.az

10Источники