RU

Keçmiş vəzifəli şəxsi öldürmək istəyənin cəzası yüngülləşdirildi

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ələddin Əhmədlinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, Ə.Əhmədlinin əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunub və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

İttihama görə, hadisə 04 oktyabr 2022-ci il tarixdə, səhər saat 10 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 2000-ci il təvəllüdlü Ə.Əhmədli vaxtilə daxili işlər orqanlarında serjant işləmiş 1995-ci il təvəllüdlü Asim Abdullazadəyə bıçaq zərbələri vurub.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisə avtomobillə tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.

 

Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib, hökmü dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov


Избранный
16
1
azia.az

2Источники